• (+99455) 611-2116
  • info@itedu.az

Azerspace-2 sentyabrın sonunda orbitə buraxılacaq

Azerspace-2 sentyabrın sonunda orbitə buraxılacaq

Azərbaycanın "Azerspace-2" milli telekommunikasiya peykinin2018-ci il sentyabrın 25-də orbitə buraxılması nəzərdə tutulub. Bu barədə Fransanın “Airanespace” şirkətinin saytında məlumat verilir.

Xeberler.az  bildirir ki, “Airanespace” sentyabrın 25-də "Azerspace-2" telekommunikasiya peykini Ariane-5 raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxacaq”, - deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, «Azerspace-2» peyki artıq Fransız Qvianasında (Cənubi Amerikanın şimal-şərqi) yerləşən Kuru kosmodromuna gətirilib.

“Azerspace-2” peykinin istismar müddəti 15 ildir. Peykin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir.*